Olimpiya oyunlarının bayrağı Buenos-Ayresə təhvil verildi

Olimpiya oyunlarının bayrağı Buenos-Ayresə təhvil verildi


Avqustun 28-də Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə 3800-dən artıq idmançının paradı təşkil olunub. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edib. Bununla da Nankin Olimpiadası rəsmi olaraq bağlı elan edilib. Beləliklə, növbə Argentinanın paytaxtı Buenos Ayresə keçib. Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci il sentyabrın 11-23-də məhz bu ölkədə təşkil ediləcək.