Paralimpiyaçılarımız Avropa çempionatından 5 medalla dönüblər

Paralimpiyaçılarımız Avropa çempionatından 5 medalla dönüblər


Avqustun 18-23-də Böyük Britaniyanın Svansea şəhərində atletika üzrə Avropa çempionatı keçirilib. Yarışda 5 paralimpiyaçımız iştirak edib. Atletlərimizdən Oloxan Musayev diskatma növündə (41.63m) qızıl medal qazanıb. Oleq Panyutin uzunluğa tullanmada (6.62m), Allahverdi Allahverdiyev nizəatma növündə (32.49m) gümüş medala sahib olublar. Bürünc medala isə diskatma növündə Solmaz Səfərova (16.32m) və 400m məsafəyə qaçışda fərqlənən (50.69s) Elmar Cabrayılov layiq görülüblər. Ümullikdə, paralimpiyaçılarımız vətənə 1 qızıl, 2 gümüş və 2 bürünc medalla dönüblər.