Paralimpiyaçımız dünya çempionatına yola düşüb

Paralimpiyaçımız dünya çempionatına yola düşüb

Avqustun 31-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçiriləcək dünya çempionatına yola düşüb. Yarışda baş məşqçi İbrahim İbrahimov və komandanın kapitanı İlham Zəkiyevin rəhbərliyi ilə 12 idmançı iştirak edəcək.
Məlumat üçün bildirək ki, yarışda qızıl medal qazanan idmançılar 2016-cı ildə Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Qeyd edək ki, avqustun 29-da AMPK-nın prezidenti İlqar Rəhimov Sumqayıt Paralimpiya Kompleksində milli komandanın son təlim-məşq toplanışını izləyib, onların fiziki və psixoloji vəziyyəti ilə tanış olub, komandaya uğurlar arzulayıb.