Azərbaycanlı hakim beynəlxalq yarışda

Azərbaycanlı hakim beynəlxalq yarışda

Milli Paralimpiya Komitəsinin tarixində ilk dəfə, Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimi Fariz Hüseynov paralimpiyaçı cüdoçularla birgə Amerikanın Kolorado ştatında keçirilən cüdo üzrə dünya çempionatında hakimlik edir. O, yarışda ən güclü idmançıların iştirak etdiyini bildirib. "İlk dəfədir ki, paralimpiyaçı cüdoçulara hakimlik edirəm. Deyə bilərəm ki, bizim idmançılar ölkəmizi layiqincə təmsil etdilər və mənim üçün bu çempionatda hakimlik etmək, paralimpiyaçılarımızın yanında olmaq böyük şərəfdir”, - deyə təcrübəli məşqçi bildirib.