Şirvanda təlimlər başa çatıb

Şirvanda təlimlər başa çatıb


Şirvan şəhərində kurikulum portalının keçirdiyi təlimlər başa çatıb. 10 gün davam edən təlimlər Şirvan şəhər 16 saylı tam orta məktəbində keçirilib.Fiziki tərbiyə üzrə təlimçi Qılınc Əhmədova tərəfindən aparılan təlimlərdə 8 müdavim iştirak edib. Orta təhsil səviyyəsində keçən fənn kurikulumlarının tətbiqi sayəsində fiziki tərbiyə fənni üzrə 8 nəfər ikinci dərəcəli sertifikatla təltif olunub.