Azərbaycan millisi Dünya Hokkey Liqası turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb

Azərbaycan millisi Dünya Hokkey Liqası turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb


Dünyanın reytinq cədvəlində 33-cü pillədə qərarlaşan kişilərdən ibarət otüstü hokkey üzrə Azərbaycan millisi Omanın paytaxtı Muskatda Dünya Hokkey Liqası turnirinin birinci mərhələsindəki çıxışını yekunlaşdırıb.
Turnirin sonuncu turunda Tailand hokkeyçiləri ilə qarşılaşan millimiz rəqibini 12:0 hesabı ilə məğlub edib və aktivindəki xal ehtiyatını 7-yə çatdırıb.
Digər oyunda İran millisini qəbul edən Oman yığması rəqibini minimal hesabla (1:0) məğlub edib.
Bununla əlaqədar turniri birinci pillədə başa vuran hokkeyçilərimiz 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasında 8 komandanın iştirakı ilə keçiriləcək Dünya Hokkey Liqası turnirinin ikinci mərhələsinə vəsiqə qazanıblar.