Qadın güləşçilərimiz 2 medal qazanıblar

Qadın güləşçilərimiz 2 medal qazanıblar


Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Çempionatın dördüncü günündə 53, 58 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışıblar.
Mundialda iki güləşçimiz xalça üzərinə çıxıb. Anjela Doroqan (53 kq) seneqallı İzabella Sambounu məğlub etsə də Moldova idmançısı Nataliya Buduya uduzub.
Digər idmançımız İrina Netreba (58 kq) meksikalı Romero Bonilla ilə görüşdən qalib ayrılıb. Səkkizdəbir final mərhələsində güləşçimiz Ekvador təmsilçisi Lisset Antesə məğlub olaraq dünya çempionatında iştirakını yekunlaşdırıb.
Qadın güləşçilərin ilk yarış günündə yığmamız 1 gümüş və 1 bürünc medala sahib olub.