Azad Rəhimov Xüsusi Olimpiya Avropa Yay Oyunlarının açılış mərasimində iştirak edəcək
Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları keçirilir.
Olimpiya oyunlarında 58 ölkədən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək. Rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Belçikaya yola düşüb.
Olimpiya oyunları ərəfəsində Belçikanın Lommel şəhəri Bakı ilə sıx əlaqələrə əsasən 70 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Ən maraqlı məqamlardan biri Lommel şəhərində Azərbaycan komandasının şərəfinə heykəlin açılış mərasimi olacaqdır. Lommel şəhərində ölkəmizin və "Bakı-2015” Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkili və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək.
Sentyabrın 21-də yekun vurulacaq yarışın açılış mərasimi sentyabrın 14-də olacaq.