Alina Kabayeva deputatlıqdan imtina etdi

Alina Kabayeva deputatlıqdan imtina etdi

Rusiya Dövlət Dumasının komitə sədri Sergey Popov bildirib ki, Alina Kabayeva deputat mandatından imtina edib. "Alina imtina ərizəsi yazıb və ərizəyə müsbət cavab vermişəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, Alina Kabayeva bədii gimnastikadan gedəndən sonra siyasətlə məşğul olur. Onun Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri barədə, xeyli müddətdir ki, söz-söhbət gəzir. Putin həyat yoldaşından ayrıldıqdan sonra bu söz-söhbətlər daha da güclənib.