Konkur üzrə beynəlxalq turnir olacaq

Konkur üzrə beynəlxalq turnir olacaq


Sentyabrın 18-20-də Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən Binə Atçılıq Mərkəzinin açıq manejində konkur növü üzrə "Odlar Yurdu kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.Turnirdə Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və başqa ölkələrin idmançıları iştirak edəcəklər. Burada 25-ə yaxın idmançı 50 atla mübarizə aparacaq. Yarışa Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edəcək.
Məlumat üçün bildirək ki, turnirin ümumi mükafat fondu 44000 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00- da başlayacaq.