Beynəlxalq atçılıq turniri başa çatdı

Beynəlxalq atçılıq turniri başa çatdı

Binə Atçılıq Mərkəzinin açıq manejində atçılıq idmanının konkur növü üzrə CSI2* kateqoriyalı "Odlar Yurdu Kuboku” beynəlxalq turnirinə yekun vurulub.
Yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər. Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarət etdiyi yarışın sonuncu günündə idmançılar 145 santimetrlik maneələr aşmaq üçün yarışıblar.
Ümumi mükafat fondu 44 min manat təşkil edən turnirdə Almaniya təmsilçisi Andreas Ripke uğurla çıxış edib. İdmançı "Zidane D” ləqəbli atla birinci, "Tall boy MNM” ləqəbli atla isə üçüncü olub. Azərbaycan çaparı Elmar Abdullayev "David” ləqəbli atla gümüş medala sahib olub.