Güləşçilərimiz beynəlxalq turnirdə yarışacaqlar

Güləşçilərimiz beynəlxalq turnirdə yarışacaqlar

Sentyabrın 26-28-də Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, bu ölkənin Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş birinci beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan xəbərə turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvləri iştirak edəcəklər.
Məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında 9 güləşçimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaq. Yarışda Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinomaqomed Hacıyev (66 kq), Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) mübarizə aparacaqlar.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edəcək.