Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə 33-cü dünya çempionatı keçirilir. Yarışda Azərbaycan idmançıları da iştirak ediblər. Gimnastlarımız Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva top və halqa ilə yarışlarda mübarizə aparıblar.
Marina Durunda hər iki növ yarışda finala yüksəlib. O, halqa ilə 6-cı, top ilə hərəkətlərdə 7-ci yeri tutub. Yarışlara sentyabrın 28-də yekun vurulacaq.