Beynəlxalq və Avropa Güləş Federasiyaları ilə Avropa Olimpiya Komitəsi arasında müqavilə imzalanmışdır

Beynəlxalq və Avropa Güləş Federasiyaları ilə Avropa Olimpiya Komitəsi arasında müqavilə imzalanmışdır

Beynəlxalq Güləş Federasiyası (FİLA) prezidenti vəzifəsini icra edən Nenad Laloviç və Avropa Güləş Federasiyasının (CELA) prezidenti Çeno Çenov Avropa Olimpiya Komitəsi ilə müqavilə imzalamışlar.
Müqaviləyə əsasən sərbəst, qadın və yunan-Roma güləşi üzrə növlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınmışdır.
Qeyd edək ki, bu müqavilədən sonra güləş üzrə 2015-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı qeyri-müəyyənlik yaranmışdır. Lakin böyük ehtimalla həmin ildə qitə birinciliyi keçirilməyəcəkdir.