“Odlar yurdu” kubokuna yekun vurulub

“Odlar yurdu” kubokuna yekun vurulub

Sentyabrın 18-20-də Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində CSI2* kateqoriyalı "Odlar yurdu” adlı beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət ediblər. Qeyd edək ki, yarışın ümumi mükafat fondu 44000 AZN təşkil edib.
125 sm-lik maneələrə qarşı yarışda "Aco’s first boy” ləqəbli atla Rahib İsmaylov I, "Raritet” ləqəbli atla gürcüstanlı Şalva Qaçeçiladze II, "Cissy” ləqəbli atla Seyid Musayev III yerdə qərarlaşıb.
135 sm-lik maneələri dəf etmək yarışında isə 1-ci yerə "Woodie” ləqəbli atla Elmar Abdullayev layiq görülüb.
"Chewing Gum” ləqəbli atla gürcüstanlı Şalva Qaçeçiladze II, "David” ləqəbli atla Elmar Abdullayev III pilləyə sahib olub.
130 sm-lik maneələrə yarış zamanı "Aco’s first boy” ləqəbli atla Rahib İsmaylov I yerə yüksəlib. "Welga” ləqəbli atla Rahib İsmaylov II, "Casandra MNM” ləqəbli atla italiyalı Rosella di Simone III olub.
140 sm-lik maneələri aradan qaldırmaq etmək yarışında "Chewing Gum” ləqəbli atla gürcüstanlı Şalva Qaçeçiladze I, "Bil Klinton” ləqəbli atla Seyid Musayev II, "ConCorde 57” ləqəbli atla Kənan Novruzov III yerə layiq görülüb.
145 sm-lik maneələri dəf etmək yarışında 1-ci yeri "Zidane D” ləqəbli atla almaniyalı Andreas Ripke tutub. "David” ləqəbli atla Elmar Abdullayevə II, "Tall boy MNM” ləqəbli atla Andreas Ripke III yerdə qərarlaşıb.