Gimnastların dünya çempionatı sona çatdı

Gimnastların dünya çempionatı sona çatdı

Türkiyənin İzmir şəhərində keçirilən bədii gimnastika üzrə 33-cü dünya çempionatı sentyabrın 28-də başa çatıb.
Çempionatın sonuncu günü 3 lent, 2 top və 10 gürzlə keçirilən iki final yarışında Azərbaycan gimnastları iştirak ediblər. İdmançılarımız Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətlərini yerinə yetirən komandamız 8-ci yerə sahib olub.
Beləliklə, idmançılarımız bu çempionatda komanda hesabında 5-ci yeri qazanıblar. Fərdi çoxnövlülükdə gimnastımız Marina Durunda 6-cı yeri tutub. Həmçinin, qrup hərəkətlərində komandamız çoxnövlülükdə 6-cı yerə sahib olub.