Azərbaycan bodibildinqçiləri Madriddə üç medal qazandılar

Azərbaycan bodibildinqçiləri Madriddə üç medal qazandılar


İspaniyanın paytaxtı Madriddə bodibildinq üzrə "Arnold Classic Europe” turniri keçirilib.
Azərbaycan yığma komandasının üzvləri bu mötəbər yarışda üç medala sahib çıxıblar.
Belə ki, milli komandamızın üzvü Məhəmməd Paşayi 90 kiloqram çəki dərəcəsində və "Masters” turnirində ardıcıl iki bürünc medala yiyələnib.
Yığma komandamızın digər bir üzvü Reza Zinatlu (100 kq) isə beynəlxalq yarışın bürünc medalına layiq görülüb.