Brüsseldə Mətbuat Şuraları Alyansının 16-cı toplantısı keçiriləcək

Brüsseldə Mətbuat Şuraları Alyansının 16-cı toplantısı keçiriləcək


Oktyabrın 9-da Belçikanın paytaxtı Brüsseldə Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı işə başlayıb.
Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edir.
Mətbuat Şurasının sədri Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat şuralarının iş prinsipləri, həmçinin bu qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin illik toplantısı da keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov toplantıda şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə ilə çıxış edib. Qurumun icraçı katibi, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə çıxışında üzv təşkilatların qarşılıqlı əlaqələri inkişaf etdirməsi istiqamətindəki mümkün variantlardan söz açıb