Pəhləvanlarımız qonşu ölkədən 3 medalla qayıdıblar
Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Olimpnews.az saytı Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya yollanan güləşçilərimiz 1 dəst medal qazanıblar.
Ən ağır çəkili pəhləvanların yarışında finalda Azərbaycan təmsilçiləri qarşı-qarşıya gəliblər. Cəmaləddin Məhəmmədov komanda yoldaşı Əli Maqomedabirova qalib gələrək turnirin qızıl medalına sahib olub. Əli Maqomedabirov isə turnirin gümüş medalına yiyələnib.
Turnirin bürünc medalını isə yığmamıza 74 kq çəki dərəcəsində mübarizə aparan Mircəfər Murtuzlu qazandırıb.