WADA dopinqə görə diskvalifikasiya müddətini artıra bilər

WADA dopinqə görə diskvalifikasiya müddətini artıra bilər


Ümumdünya Antidopinq Agentliyi (WADA) dopinqdən istifadəyə görə diskvalifikasiya müddətlərinin artırılması imkanını nəzərdən keçirir. Belə cəza qadağan olunmuş preparatların istifadə sayəsində uzun müddət üstünlük əldə etmiş idmançılara verilə bilər.
Oslo Universitetində siçanlar üzərində aparılmış tədqiqat göstərib ki, bəzi preparatlar hətta diskvalifikasiya müddəti keçdikdən sonra da nəticə əldə etməyə kömək edə bilər. Məsələn, tədqiqatlardan aydın olub ki, əzələlər dopinqin (anabolik stereoidlər) istifadə olunduğu vaxtdan başlayaraq uzun illər effektini qoruyub saxlaya bilir.
WADA-nın direktoru Olivye Rabina deyib: "Biz siçanlar üzərində adamlarla apara bilmədiyimiz bir çox eksperiment apara bilərik. Biz insanlarda hələlik sağalda bilmədiyimiz bir çox xəstəlikləri siçanlarda müalicə edə bilirik. Şübhəsiz ki, siçanlarla insanlar arasında böyük fərq var”.
WADA-da tədqiqat aparmaqla siçanlar üzərində aparılmış eksperimentin nəticələrinin insanlar üçün də əhəmiyyətli olmasını diqqət mərkəzinə sala biliblər. Alimlər bu tədqiqatlara daha iki-üç il vaxt sərf edəcəklər.