Poliatlonçular rayon birinciliyində qüvvələrini sınayıblar

Poliatlonçular rayon birinciliyində qüvvələrini sınayıblar

Qax şəhər stadionunda çağırışa qədər və çağırış yaşlı gənclər arasında "Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Ənənəvi olaraq hər il keçirilən bu yarışlar gəncləri hərbi xidmətə hazırlamaq, onlarda vətənpərvərlik hisslərini daha da yüksəltmək məqsədi daşıyır.
22 komandanın iştirak etdiyi yarışda idmançıları 100 və 3000 metr məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında mübarizə aparıblarr.
4 saylı şəhər tam orta məktəbinin komandası yarışları birinci pillədə başa vurub. Sonrakı yerləri 2 və 3 saylı tam orta məktəblərin komandaları tutublar.
Qalib komandalara Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Məlumat üçün qeyd edək ki, birinciliyin ən yaxşı iştirakçılarından təşkil olunacaq komanda zona yarışlarında Qax rayonunu təmsil edəcək.