“İdmançımızı heç bir yerə buraxmayacağıq”

“İdmançımızı heç bir yerə buraxmayacağıq”


Fransanın fiqurlu konkisürmə federasiyasının prezidenti Didye Qayaqe bildirib ki, yığma komandamızın üzvü Bruno Masso özünə yeni tərəfdaş seçib. Masso yeni tərəfdaşı Alyona Savçenko ilə Almaniyanı təmsil etmək arzusundadır. Ancaq federasiya buna imkan vermək fikrində deyil.
"Biz Brunonu heç bir halda buraxmaq fikrində deyilik və bunun üçün bizim səbəblərimiz var. Brunonun hələ 24 yaşı var və o, 30 yaşlı Savçenko ilə çıxış etmək istəyir. Bu, mümkün olmayan bir şeydir. Savçenko artıq dünya çempionatının beş qızıl medalını qazanıb, Olimpiya oyunlarının iki dəfə bürünc mükafatçısı olub. Onun karyerası artıq arxada qalmaq üzrədir. Brunonun karyerası isə hələ qarşıdadır. Bruno fransalıdır və biz istəyirik ki, o, ancaq Fransanı təmsil etsin. Elə bu səbəbdən, onu heç bir yerə buraxmayacağıq. Yox, əgər Alonya Fransanı təmsil etmək istəsə, biz buna razı olarıq və əlimizdən gələn hər bir köməkliyi əsirgəmərik. Fransa Fiqurlu Konkisürmə Federasiyası varlı olmasa da, çox kasıb da deyil. Bu cütlüyün böyük potensialı ola bilər”, - deyə Qayaqe bildirib.