Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "İnter Arenada” reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Maraqlı mübarizə şəraitində keçən yarışda Bakı komandası birinci yerə layiq görülüb. Sumqayıt komandası ikinci, 3 saylı Uşaq Evinin komandasi isə üçüncü yerlə kifayətlənib. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn "9 noyabr - Bayraq günü”nə həsr olunmuş açıq turnir öncəsi bu yarışın xüsusi əhəmiyyəti olub. Belə ki, turnirdə Gürcüstan və Rusiya komandalarının iştirakı gözlənilir.

***
Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yeniyetmələr və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.
Oktyabrın 8-11-də yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşçiləri mübarizə aparıblar. 1998-99-cu illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə yarışda "Neftçi İdman Klubu” İB, DİN İC, ROİL, 6 saylı UGİM, 16 saylı UGİM, "Pəhləvan” İK, "Xəzri” İK, "Şağan” OİK, "Lokomotiv” İSM, "Turan” İK, Nardaran, "Zenit” İC, Müşfiqabad, "Şüa”-nı təmsil edən 215 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Yunan-Roma güləşi üzrə yarışlarda isə müxtəlif klubları və idman məktəblərini təmsil edən 237 idmançı 10 çəki dərəcəsində gücünü sınayıb.

Sərbəst güləş üzrə yarışlarda ilk üç yeri tutan, yunan-Roma güləşi üzrə yarışlarda isə I-V tutan idmançılar Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan növbəti açıq respublika turnirinə vəsiqə əldə ediblər.
Oktyabrın 12-13-də gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda sərbəst güləş üzrə 62 idmançı 8 çəki dərəcəsində mübarizə aparıb. Adəm Quliyev (50 kq, "Neftçi” İdman Klubu” İB), Tofiq Sadıqlı (55 kq, DİN İC), Əli Rəhimzadə (60 kq, DİN İC), Əli Qurbanov (66 kq, "Azəri”), Sənan Əlizadə (74 kq, "Xəzri”), Cavid Sadıqov (84 kq , 6 saylı UGİM), Zaur Məmmədli (96 kq, "Zenit”), Camal Məmmədov (120 kq, DİN İC) I yerlərə layiq görülüblər.
Yunan-Roma güləşi üzrə yarışlarda "Neftçi İdman Klubu” İB, DİN İC, AZTU, MOİK, "Gömrükçü” İC, "Məhsul” İC, "Gənclik” İC, "Spartak” İC, "Hövsan”, "Pirallahı”, "Cəngi”, "Pəhləvan” İK, "Olimpiya” GK, 1 saylı RİOEUGİM-i təmsil edən 82 idmançı 8 çəki dərəcəsi üzrə mübarizəyə qoşulub.
Qalib idmançılar Baş Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.