Oktyabrın 13-16 Astara Olimpiya İdman kompleksində İdman məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2002-2003-cü illlər təvəllüdlü idmançılar arasında Respublika zona birinciliyi keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid təqvim planına əsasən keçirilən yarışın açılış mərasimində Astara RGİİ-nin rəisi Ərçə Əliyev, GİN-nin nümayəndəsi Firudin Paşayev çıxış edərək idmançıları təbrik edib və onlara uğurlar diləyiblər.
Yarışda zona üzrə 11 rayon və şəhər komandasını təmsil edən idmançı, məşqçi, nümayəndə və hakimlərdən ibarət, ümumilikdə 146 nəfər iştirak edib.
Müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılar noyabr ayında keçiriləcək Respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Astara rayon yığma komandasının tərkibində Astara UGİM, AOİK-nin idmançıları çıxış ediblər.