Çaparlar ölkə çempionatında yarışacaqlar

Çaparlar ölkə çempionatında yarışacaqlar


Oktyabrın 22-dən 25-dək Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatı keçiriləcək.
Çempionatda bu il mayın 2-7-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutan rayon komandaları iştirak edəcəklər.
Ümumi mükafat fondu 44 min manat olacaq yarış Bakı Dövlət Cıdır Meydanında təşkil olunacaq.