Çempionun adı son turda məlum olacaq

Çempionun adı son turda məlum olacaq


Bazar günü qadın otüstü hokkeyçilər arasında ölkə çempionatında növbəti turun oyunları keçirilib. Paytaxtın "Atasport-2” və "Bakı” klublarının qarşılaşmasında ikincilər matçın 2-ci dəqiqəsində Xalidə Zeynalovanın vurduğu qolla hesabda irəli çıxıblar. İkinci hissədə "Bakı”nın oyunçusu Rəna Mehdiyeva hesabı 2:0-a çatdırıb. Qalan vaxt ərzində qapılara qol vurulmayıb və ötənilki çempion- "Atasport-2” hokkeyçiləri finişə 1 addım qalmış məğlubiyyətlə üzləşiblər. "Samur” (Qusar) və "Sumqayıt” komandaları arasındakı görüşdə qusarlı qızlar fovarit sayılsalar da, hesabın 18:0 olacağını heç kim gözləmirdi.
11 oyundan 24 xal toplayan "Samur” klubu yarış cədvəlinə başçılıq edir. "Bakı” klubu xal ehtiyatlarını 22-yə çatdıraraq II yeri tutur.”Atasport-2” 19 xalla III yerə enib. "Sumqayıt” komandası isə sonuncu pillədədir.
Qadınların yarışında axırıncı turun oyunları oktyabrın 26-da keçiriləcək. Həmin gün ilk olaraq "Bakı” və "Sumqayıt” komandaları qarşılaşacaq. Çempionatın ən maraqlı oyunlarından biri "Samur” və "Atasport-2” klubları arasında olacaq. Həmin oyun yeni çempionun adına aydınlıq gətirə bilər.