Qusarlı oğlanlar qızıl medal qazandılar

Qusarlı oğlanlar qızıl medal qazandılar

Şənbə günü 15 yaşınadək oğlanlardan ibarət klubların iştirakı ilə ölkə birinciliyinin növbəti turunun oyunları keçirilib. Medallar uğrunda mübarizə aparan komandaların final mərhələsindəki oyunlarında bu nəticələr qeydə alınıb:

"Şahdağ” (Qusar) - "Atasport-Binə”- 3:2
"Akkord” (Sumqayıt) - "Şəmkir” - 2:3

15 yaşınadək oğlanların mübarizəsində 5 oyundan 13 xal toplayan Qusar hokkeyçiləri yarışların başa çatmasına 1 tur qalmış ölkə birinciliyinin qızıl medallarını özlərinə təmin ediblər. "Atasport-Binə” və "Şəmkir” komandaları 6 xalla II -III yerləri bölüşürlər. Aktivində 4 xalı olan "Akkord” isə IV yerdədir.
15 yaşınadək oğlanların yarışında sonuncu turun oyunları oktyabrın 25-də keçiriləcək. Tur "Atasport-Binə” - "Akkord” matçı ilə start götürəcək. Daha sonra isə "Şahdağ”və "Şəmkir” komandaları qarşılaşacaqlar. Həmin oyunlar başa çatdıqdan sonra yarışın mükafatlandırma mərasimi keçiriləcək.