Kapoeyraçılar Bakı şəhər açıq kubokunda yarışıblar

Kapoeyraçılar Bakı şəhər açıq kubokunda yarışıblar

"Şüa” İdman Sağlamlıq Mərkəzində kapoeyra üzrə Bakı şəhər açıq kuboku keçirilib. 60 idmançının iştirak etdiyi yarışda "Bakı” komandasının kapoeyraçıları birinci yerə layiq görülüblər. "Qız qalası” ikinci, "Berenbau” komandası isə üçüncü yerə sahib olub.
Qalib komandalar müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.