“Zenit” İdman Cəmiyyətinin XVII Respubika Spartakiadası davam edir

“Zenit” İdman Cəmiyyətinin XVII Respubika Spartakiadası davam edir

Respublikamızın qabaqcıl idman ocaqlarından biri olan "Zenit” İdman Cəmiyyətində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVII Respubika Spartakiadasının final mərhələsi start götürüb. Oktyabrın 10-da başlayan spartakiada "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilir. Yarışlarda Aviasiya, Elektroenergetika və Elektronuka, Müdafiə sənayesi, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Avtomobil Nəqliyyatı və Yol Təsərüfat İşçiləri, Metal İşçiləri Federsiyası, "Bakı” Stil Kompani və Metropoliten işçilərinin Həmkarlar İttifaqları Birliyinin komandaları güclərini sınayırlar. Spartakiadanın ilkin mərhələləri yerlərdəki əmək kollektivlərində keçirilib. Final mərhələsi isə paytaxtda təşkil olunub.

XVII Respublika Spartakiadasının proqramına 10 idman növü (mini futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı) daxildir.
Spartakiadada ümumi komanda hesabında I-III yerləri tutan komandalara xatirə kubokları təqdim ediləcək. Ayrı-ayrı növlərdə I yerlərə layiq görülən komandaların üzvləri qiymətli hədiyyələrlə təltif olunacaq. Eyni zamanda, yüksək nəticə göstərən komandalara "Zenit” İCRŞ-nin müvafiq dərəcəli diplomları veriləcək.
XVII Respublika Spartakiadasının proqramına daxil olan mini futbol üzrə final mərhələsi artıq başa çatıb. Yarışlar oktyabrın

10-dan 17-dək keçirilib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Metropoliten İşçilərinin Həkarlar İttifaqları Birliyinin komandası daha yaxşı çıxış edib. Bu komanda bütün oyunlarda rəqiblərindən üstün olub. Metro işçiləri yalnız bir görüşdə-Elektroenergetika və Elektrotexnika komandası ilə matçda xalları yarı bölüblər - 3:3. Beləliklə, keçirdikləri 5 oyunda rəqib qapılarına 21 dəfə yol tapan metropolitençilər XVII Respublika Spartakiadasının mini futbol yarışlarının qalibi olublar.
II yerə Elektroenergetika və Elektrotexnika komandası layiq görülüb. Avtomobil nəqliyyatı və yol təsərrüfat sənayesinin kollektivi III olub.
Qeyd edək ki, "Zenit” İC-nin Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVII Respublika Spartakiadası noyabrın 23-də başa çatacaq.