Bakıda beynəlxalq elmi konfrans keçirildi

Bakıda beynəlxalq elmi konfrans keçirildi


Azərbyacan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) akt zalında "Olimpiya idmanının fizikası, kimyası və fəlsəfəsi” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi.
Konfransda AzDBTİA-nın rektoru Ağacan Abıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Almaniya Akademiyasının professoru Manfred Laemmer iştirak edirdilər.
Tədbirdə Almaniya, Rusiya, İngiltərə, Belarus, Ukrayna və Litvadan olan idman mütəxəssisləri Olimpiya Hərəkatı və idman sahəsi ilə bağlı müxtəlif mövzularda mühazirələr oxudular. Müasir Olimpiya Hərəkatının intibah və inkişafının ideoloji və fəlsəfi əsasları mövzusunda həm yerli, həm də əcnəbi mütəxəssislər mühazirələrlə çıxış etdilər.