Azərbaycan Prezidenti İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Federasiyası Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib.
Görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edilib. Görüşdə həm də Azərbaycanda mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bugünlərdə atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışılıb, eləcə də, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirilib.