“Sərhədçi” komandası qalib olub

“Sərhədçi” komandası qalib olub


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında keçirilən çövkən milli atüstü oyunu üzrə üçüncü Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Ümumi mükafat fondu 50 min manat olan yarışda "Sərhədçi”, "Ağcabədi”, "Polad”, "Balakən”, "Ağstafa”, "Ağdam”, "Laçın”, "Şəki” və "Kövsər” komandaları mübarizə aparıb. Finalda "Sərhədçi” və "Polad” komandaları qüvvələrini sınayıblar. "Sərhədçi” komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb. Üçüncü yerə isə "Ağdam” komandası sahib çıxıb. Belə ki, onlar rəqiblərini 1:0 hesabı ilə məğlubiyyətə uğradıblar.
Məlumat üçün bildirək ki, çövkən yarışında əsasən hər komanda biri ehtiyat olmaqla altı oyunçudan ibarət olur. Oyunçulardan ikisi müdafiəçi, üçü isə hücumçu funksiyasını yerinə yetirir. Komandaların üzvləri yalnız milli geyimdə meydana çıxa bilərlər. Geyimlər müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla iki hissədən ibarətdir. Qarşılaşmanın birinci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdikdə qalib komandanı müəyyənləşdirmək məqsədilə görüşün əsas vaxtına hər biri 5 dəqiqə (final qarşılaşmasında 10 dəqiqə) olan iki hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda komandalar 11 metrlik beş zərbə yerinə yetirir. Hesab yenə bərabər olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirir.

Çövkən milli atüstü oyunu
üzrə III Azərbaycan
çempionatının nəticələri

22 oktyabr
Kövsər 0:1 Ağdam
Laçın 0:0 Balakən

23 oktyabr
Sərhədçi 3:0 Ağstafa

24 oktyabr
Sərhədçi 7:0 Balakən
Ağdam 0:1 Polad

25 oktyabr
3-4-cü yer uğrunda görüş
Ağdam 1:0 Balakən

Final
Sərhədçi 2:0 Polad

Yekun
1. Sərhədçi
2. Polad
3. Ağdam
4. Balakən