Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqı hesabat-seçki yığıncağı keçirib

Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqı hesabat-seçki yığıncağı keçirib


Oktyabrın 23-də Azərbaycan Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının hesabat-seçki iclası keçirilib. Yığıncaqda birliyin sədri, qılıncoynatma üzrə idman ustası, "Şöhrət "ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi Yaşar Məmmədov görülən işlərdən danışıb. Sonra veteran idmançı, bədii gimnastika üzrə SSRİ idman ustası S.Senatorova Azərbaycan Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının fəaliyyətindən söhbət açıb. O, veteranlara göstərilən qayğıdan danışıb və Yaşar Məmmədovun İttifaqa yenidən sədr seçilməsini təklif edib. Təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub. Sonra Ç. Axundov və R.Məlik-Yeqanov çıxış edərək təşkilatın gördüyü işlərin qənaətbəxş olduğunu bildiriblər.