Mingəçevirdə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilib

Mingəçevirdə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilib

Mingəçevir şəhərində Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilib.

Mingəçevir şəhəri 20 saylı orta məktəbdə keçirilən yarışda Gəncə, Ağstafa, Kəlbəcər, Qazax, Gədəbəy, Tovuz, Şəmkir, Samux, Göygöl, Daşkəsən rayon birinciliklərinin qalib komandaları iştirak ediblər.
Yarışda məktəblərin 7-8-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmək, hədəfə "qumbara atmaq”, yaralını xilas etmək, təhlükəli zonanı tərk etmək və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Samux komandası turnirin qalibi adını qazanmaqla yanaşı, finalda iştirak etmək hüququ da əldə edib. Göygöl məktəbliləri ikinci, Tovuz komandası üçüncü olub. İlk üç yeri tutan komandalar şəhər Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri il təltif olunublar.