Yarışın ilk günü qaliblər müəyyənləşdi
Oktyabrın 27-də Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında güləş üzrə respublika seçim turnirinin final mərhələsi başlayıb.
Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yarışın ilk günündə sərbəst güləş üzrə yeddi çəki dərəcəsində 1998-1999-cu il təvəllüdlü 146 yeniyetmə güləşçi mübarizə aparıb.
Yarışda Cavid Cavadzadə (42 kq), Röyal Ağamalıyev (46 kq), Kənan Ağamalıyev (50 kq), Fazil Həsənov (54 kq), Şamil Salamov (58 kq), Qurban Qurbanov (63 kq, Rusiya) və Mamuka Naniyev (69 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.