Bu gün atçılığın konkur növü üzrə Azərbaycan çempionatı başlayır

Bu gün atçılığın konkur növü üzrə Azərbaycan çempionatı başlayır


Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə oktyabrın 31-də Novxanı qəsəbəsindəki "Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə M** kateqoriyalı Azərbaycan çempionatı keçiriləcək.
Yarışda ümumilikdə 15-dək idmançı 30-a yaxın atla mübarizə aparacaq. Turnirə yerli hakimlər kollegiyası nəzarət edəcək.
Çempionatın ümumi mükafat fondu 3500 min manatdır.