“Baku World Challenge”in qalibləri müəyyənləşdi
Noyabrın 1-də "Baku World Challenge” avtomobil yarışlarının təsnifat mərhələsinin qalibləri müəyyənləşib.
Təsnifat mərhələsində pilotlar Stefan Riçelminin və Stefan Ortellinin təmsil etdikləri Belçikanın "Audi Club” komandası birinci olub.
"Audi Club”un digər kollektivi - pilotlar Sezar Ramos və Laurens Vanthur finiş xəttini ikinci keçiblər. Avstriyanın "Grasser Racing” komandasının pilotları - Harri Proczik və Jeroen Blikemolen isə yarışda üçüncü yerdə qərarlaşıblar.
Təsnifat mərhələsində ilk üç yeri tutan komandalar finalda ön sırada çıxış edəcəklər. Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim olunacaq.