Noyabrın 8-9-da «Şüa»
İdman Sağlamlıq Kompleksində stolüstü tennis
üzrə Azərbaycan Respublikasının Konstitusiyası gününə həsr olunmuş turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Bakı şəhərindən və regionlardan olan 2003-cü il təvəllüdlü həmçinin, daha az
yaşlı oğlan və qızlar iştirak edəcəklər.
Yarışlar noyabrın 8-də saat 10.00 start götürəcək.
olimpnews.az