Məşqçilər korpusunda dəyişikliklər edilib

Məşqçilər korpusunda dəyişikliklər edilib


Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin iştirak etdiyi görüşdə yığma komandalarının məşqçilər korpusunda edilən dəyişikliklər barədə məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev məşqçilər korpusunda edilən dəyişikliklərin yığma komandaların daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

"Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun göstərişinə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edilib. İnanırıq ki, dəyişiklik yığma komandaların daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmalarına xidmət edəcək. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çalışacağıq ki, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları, ardınca Las Veqasda Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı və nəhayət, 2016-cı il Braziliyada Yay Olimpiya Oyunları kimi mötəbər yarışlarda güləşçilərimiz maksimum sayda yüksək əyarlı medallar qazansın və xalqımızı sevindirsinlər. Etimadı doğrultmaq üçün var-gücümüzlə çalışacağıq".