“Hünər meydanı” respublika seçim turnirinə yekun vurulub

“Hünər meydanı” respublika seçim turnirinə yekun vurulub


Oktyabrın 30-31-də Hövsan Olimpiya İdman Kompleksində güləş üzrə gənclər arasında "Hünər meydanı” açıq Respublika seçim turniri keçirilib. Yarışda 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparıb.
Turnirin açılış mərasimində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov iştirak ediblər. Natiqlər ölkəmizdə idmana və idmançılara göstərilən qayğıdan və atletlərimizin əldə etdiyi nailiyyətlərindən danışıblar.
Yarışın ilk və sonuncu günündə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.