Gimnastımız yarımfinala qədər mübarizə apardı

Gimnastımız yarımfinala qədər mübarizə apardı

ABŞ-ın Deytona-Biç şəhərində keçirilən batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatı başa çatıb. Ölkəmizi təmsil edən dörd idmançı arasında ən yaxşı nəticəni İlya Qrişunin göstərib. O, batutçuların yarışında təsnifat mərhələsini keçərək, yarımfinala çıxıb. Burada idmançımız 23-cü yerdə qərarlaşıb.