Çempionat başa çatıb

Çempionat başa çatıb

Azərbaycan Kyokusinkaykan Karate Federasiyasının təşkilatçılığı ilə XXI respublika çempionatı keçirilib. Yarışda 288 idmançı mübarizə aparıb. Onlar 17 rayon, 5 təşkilat və 4 klubu təmsil ediblər. Gənclər, kişilər, uşaqlar və qadınların gücünü sınadığı çempionat iki gün davam edib.
XXI respublika çempionatının açılış mərasimində çıxış edən federasiya prezidenti IX dan qara kəmər sahibi Teyyib Əzizov idmançıları salamlayaraq deyib: "Yarışda ümumilikdə 300-ə yaxın karateçinin mübarizə aparması çox sevindiricidir. Turnirə 17 rayondan idmnaçıların qoşulması bir daha gösrərir ki, karate bölgələrdə kütləvi xarakter alıb. XXI çempionat kimin daha güclü olduğuna aydınlıq gətirəcək. Əminəm ki, çempionat yüksək səviyyədə keçəcək, karateçilərimiz öz bacarıq və istedadlarını nümayiş etdirəcəklər. Yarışın hər bir iştirakçısına uğurlar arzulayıram”.
Sonra yarışa start verilib. Müxtəlif çəki dərəcələri üzrə keçirilən XXI respublika çempionatı maraqlı və gərgin idman mübarizə şəraitində keçib. Daha uğurla yarışan Sabunçu rayon komandası çempionatın qalibi adına layiq görülüb. Xırdalan karateçiləri II olublar. Binəqədi təmsilçiləri isə fəxri kürsünün III pilləsində yer alıblar. Qalib komandalar mükafatlandırılıblar.