Həvəskarlar Pirallahıda qarşılaçacaqlar

Həvəskarlar Pirallahıda qarşılaçacaqlar

Noyabrın 15-də Pirallahı qəsəbəsində nərd üzrə turnir keçiriləcək. Yarış qəsəbə icra hamikiyyəti ilə Milli İdman Növləri Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək.
17 noyabr Milli Dirçəliş Gününə həsr olunan turnirdə Pirallahı qəsəbəsi və diğər yaşayış yerlərinin sakinləri güclərini sınayacaqlar. Nərd yarışında təqribən 70 nəfərin iştirak edəcəyi gözlənilir. Qaliblər kubok və medallarla təltif olunacaqlar.
Qeyd edək ki, nərd üzrə növbəti turnir dekabrın 13-də Şirvanda keçiriləcək.