Sumqayıt samboçularından uğurlu nəticə

Sumqayıt samboçularından uğurlu nəticə

Martın 8-dən 10-dək Bakı şəhərində sambo üzrə kişilər arasında Azərbaycan çempionatı keçirilib.
Turnirdə respublikamızın şəhər və rayonlarından ümumilikdə 150-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən ölkə çempionatında Sumqayıt şəhərinin samboçuları uğurlu nəticə ilə yadda qalıblar. Əfqan Abdullayev (52 kq), Röyal Dünyamalıyev (57 kq), Zülfüqar Quliyev (74 kq), Nizami Məmmədov (100 kq) və Zaur Bağırov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumilikdə şəhər idmançıları tərəfindən qazanılan 14 medaldan 5-i qızıl, 3-ü gümüş, 6-sı isə bürünc medal olub.