Məktəblilərin otüstü hokkey festivalı başa çatdı

Məktəblilərin otüstü hokkey festivalı başa çatdı

Azərbaycan Otüstü Hokkey Federasiyası Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında keçirilən otüstü hokkey üzrə məktəblilərin festivalında III turun oyunları olub. Qeyd edək ki, bir il əvvəl irəli sürülən layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün təşkilatçılar əllərindən gələni əsirgəməyiblər. Noyabrın 8-də qrup oyunları başa çatıb və ilkin mərhələnin yekun yerləri müəyyənləşdirilib.


III turda qeydə alınan nəticələr:

"A” qrupu
17 N0-li məktəb (Sumqayıt ş.) - 200 N0-li məktəb (Nərimanov r.) - 1:0 275 N0-li məktəb (Suraxanı r.) - 149 N0-li məktəb (Xəzər r.) - 0:2

"B”qrupu
61 N0-li məktəb (Nizami r.) - 284 N0-li məktəb (Binəqədi r.) -1:0
233 N0-li məktəb (Qaradağ r.) - 117 N0-li məktəb (Xəzər r.) - 0:7

Qızların yarışında "A” qrupunda 5 xal toplayan Xəzər rayonun 149 N0-li məktəbinin komandası birinci yeri tutaraq finalda oynamaq hüququ qazanıb. Hərəyə 4 xal yığan Nərimanov rayonunun 200 və Sumqayıt şəhərinin 17 nömrəli məktəbinin komandaları, müvafiq olaraq, II və III yerləri tutublar. Suraxanı rayonunun 275 nömrəli məktəbinin komandası isə 3 xalla qrup sonuncusu olub.
"B” qrupunda 117 N0-li (Xəzər r.) məktəbin komandası 9 xalla I yeri tutub. 233 N0-li (Qaradağ r.) məktəbinin komandası 6 xalla II yerə layiq görülüb. Nizami rayonunun 61 nömrəli məktəbinin komandası 3 xalla qrup üçüncüsü olub. Bütün oyunlarda məğlub olan Binəqədi rayonunun 284 N0-li məktəbinin komandası qrupda sonuncu yerdə qərarlaşıb.
Yarışın yekununda I, II və III yerləri tutan komandalara diplomlar və müvafiq kuboklar verilib. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri təqdim olunub. Xəzər rayonundakı 117 N0-li məktəbin şagirdi Gülşən Hüseynova "Ən məhsuldar hücumcu”, 233 N0-li məktəbin (Qaradağ r.) şagirdi Ayşən Orucova isə "Ən yaxşı oyunçu” üçün təsis olunan mükafata layiq görülüb.
Şənbə günü oğlan otüstü hokkeyçilərdən ibarət komandalar da qrup oyunlarını başa vurublar. Nəticələr belədir:
"A” qrupu
22 N0-li məktəb (Sumqayıt ş.) - 276 N0-li məktəb (Binəqədi r.)- 6:0
233 N0-li məktəb (Qaradağ r.) - 117 N0-li məktəb (Xəzər r.) - 1:2

"B” qrupu
275 N0-li məktəb (Suraxanı r.) - 284 N0-li məktəb (Binəqədi r.)- 1:0
200 N0-li məktəb (Nərimanov r.) 2 N0-li Uşaq Evi (Suraxanı r.) - 0:11

"A” qrupunda 7 xala malik olan 22 N0-li məktəb (Sumqayıt ş.) I yerə layiq görülüb. 117 N0-li (Xəzər r.) məktəbin komandası isə II yeri tutub. 3 oyundan 3 xal toplayan Binəqədi məktəbliləri qrup üçüncüsü olublar. Qaradağ rayonun təmsilçiləri qrup mərhələsini IV yerdə başa vurublar. "B” qrupunda Suraxanı rayonundakı 2 N0-li Uşaq Evinin komandası 100 faizli nəticə ilə qrup qalibi adını qazanıb. 275 N0-li (Suraxanı r.) məktəbin komandası 6 xalla II yeri tutub. Binəqədi rayonu 284 N0-li məktəbin hokkeyçiləri 3 xalla III, bütün oyunlarda uduzan Nərimanov rayonu 200 N0-li məktəbin komandası isə IV yeri tutub.
Oğlanların yarışında da fərqlənən komandalar diplom və müvafiq kuboklarla təltif olunublar. "Ən məhsuldar hücumcu” nominasiyası üzrə Cəsarət Abduləzizov (Sumqayıt ş. 22 N0-li məktəb) və "Ən yaxşı oyunçu” nominasiyasında isə Murad Muradov (Suraxanı r. 2 N0-li Uşaq Evi) fərqlənib.