Beynəlxalq qurumun rəsmisi Bakıya gələcək

Beynəlxalq qurumun rəsmisi Bakıya gələcək


Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin inteqrasiya üzrə komitə sədri Endrü Parsons dekabrın 4-7-də Bakıda səfərdə olacaq.

Endrü Parsons səfər çərçivəsində AMPK-nin fəaliyyəti ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək. AMPK ilə Braziliya Milli Paralimpiya Komitəsi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanacaq.