Azərbaycan daha bir dünya çempionatına ev sabibliyi edəcək

Azərbaycan daha bir dünya çempionatına ev sabibliyi edəcək


ABŞ-da keçirilən pauerliftinq WPC üzrə dünya çempionatı keçirilir. Dünya çempionatı çərçivəsində həmin idman təşkilatının konqresi təşkil edilib.

Konqresdə 2017-ci il dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Əksər ölkələrin nümayəndələri Azərbaycanın namizədliyinə səs verib. Qeyd edək ki, namizəd ölkələr arasında Rusiyanın da adı var.

Azərbaycan təmsilçiləri ABŞ-da keçirilən pauerliftinq WPC üzrə dünya çempionatında uğurla çıxış edərək, 6 qızıl və bir gümüş medal qazanıblar.