Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda ikinci açıq turnir keçirilib. Turnirdə Azərbaycan gimnastları da qüvvələrini sınayıblar. Gimnastımız Leyli İbrahimova 2001-ci il təvəllüdlü idmançıların yarışında qızıl medal qazanıb. Qeyd edək ki, Leylinin məşqçisi Nurlanə Əlizadədir. Moskvada digər gimnastlarımız Lalə Kramarenko və Ruqiyyə Səttarova bürünc medal layiq görülüblər. Turnirdə 1-ci yerə çıxan gimnastlara mükafatları tanınmış gimnastlar, o cümlədən təcrübəli gimnastımız Aliyə Qarayeva təqdim edib.