Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronologiyası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronologiyası



Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi birincilikdə 49 klubdan 394 idmançı mübarizə aparıb. Cüdoçu oğlanlar 9, qızlar isə 4 çəkidə mübarizə aparıblar.
 
*         *        *
Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq ABU Arenada 1998 -19 99, 2000 - 2001, 2002 - 2003-cü il təvəllüd oğlan və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə 288 nəfər idmançı (110 qız idmançı) mübarizə aparıb. 1998-1999-cu il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında I yerə 2 saylı RİOEUGİM layiq görülüb. Qız komandalar arasında isə 12 saylı İOEUGİM I yerə çıxıb.

2001-ci il təvəllüdlü oğlanlar arasında 2 saylı RİOEUGİM-in komandası qalib gəlib. Qızlar arasında I yerə 12 saylı İOEUGİM layiq görülüb. 2002 - 2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında arasında 12 saylı İOEUGİM-in komandası qalib olub.
Birincilikdə I, II, III yerlərə layiq görülən idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hədiyyələr və diplomlarla təltif ediliblər.

*          *          * 
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib.
Yarışda sərbəst güləş üzrə DİN İC, 6 N0 UGGİM, "Məhsul” İC, "Turan” İK, "Lokomotiv” İSM, "Zenit” İC, X. Cəfərov adına güləş klubunu təmsil edən 49 idmançı mübarizə aparıb. Nəticələrə görə, 57 kq çəki dərəcəsində Sübhan Muradov ("Zenit” İC), 61 kq çəki dərəcəsində Səid Nəcəfov ("Zenit” İC), 65 kq çəki dərəcəsində Daşqın İskəndərov (DİN İC) qalib adını qazanıblar. 70 kq çəki dərəcəsində Fuad Məmmədov (X.Cəfərov adına güləş klubu), 74 kq çəki dərəcəsində Hidayət Həsənli (DİN İC), 86 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli ("Lokomotiv” İSM) bütün rəqiblərini üstələyiblər. 97 kq çəki dərəcəsində Ramin Usubov ("Lokomotiv” İSM), 125 kq çəki dərəcəsində isə Oyan Nazaryani ("Atasport”) I yerə çıxıblar.

Yunan-Roma güləşi üzrə yarışlarda "Neftçi İdman Klubu” İB, DİN İC, "Pəhləvan” İK, MOİK, "Ruslan” İC, 1 N0-li RİOEUGİM, "Spartak” İC, X. Cəfərov adına güləş klubu, "Məhsul” İC-i təmsil edən 64 idmançı iştirak edib.
59 kq çəki dərəcəsində Rasim Səfərbəyov ("Olimp”) qalib adını qazanıb. 66 , 71 ,75 , 80 ,85 ,98 kq çəki dərəcələrində "Neftçi İdman Klubu” İB-nin idmançıları fəxri kürsünün I pilləsində yer alıblar. Sahil Məmmədli (DİN İC) və Səbuhi Humbətov ("Pəhləvan” İK) da öz çəkilərində I yerə layiq görülüblər.
Komanda hesabında isə sərbəst güləş üzrə "Lokomotiv” İSM, yunan-Roma güləşi üzrə isə "Neftçi İdman Klubu” İB birinci yeri tutub.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.