Bakıda Beynəlxalq İdman Filmləri Festivalı keçirilir

Bakıda Beynəlxalq İdman Filmləri Festivalı keçirilir

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) öz işinə başlayıb. Noyabrın 18-də başlayan festival ayın 21-dək davam edəcək. Bu münasibətlə Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib. Festivalın münsiflər heyətinin üvləri Yusif Şeyxov, Rafiq Quliyev, Franco Ascani (İtaliya) və diğərləri mətbuat nümayəndələrini maraqlandıran suallara çavab veriblər.
Daha sonra festivalın açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək festivalın əhəmiyyətindən danışıb. İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko çıxışında ölkəmizdə idmanın inkişafından söhbət açıb. Qeyd edək ki, FİCTS-ə daxil olan festivalın gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində təşkil edilməsi təsadüfü deyil. Festival idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festivala 33 ölkədən 115 film təqdim olunub. Münsiflər heyətinin seçiminə əsasən müsabiqədə 48 film (23 ölkədən ) iştirak edir. Filmlər 5 kateqoriya "Bədii film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri" və "Milli film" üzrə müəyyənləşib.